Sabah qatarların “Bakmil” stansiyasına hərəkət CƏDVƏLİ DƏYİŞDİRİLƏCƏK

Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəlində dəyişiklik olacaq.
Avtosfer.az "Bakı Metropoliteni" QSC-yə istinadla xəbər verir ki, buna səbəb rəqəmsal yeniliklə bağlı sınaqların aparılmasıdır.
Bildirilib ki, Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur. Metropoliten mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırlıb. İşlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqlar müsbət nəticələr verib.
Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bununla əlaqədar noyabr ayının 1-də “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.
Noyabr ayının 2-dən qatarların “Bakmil” istiqamətində hərəkəti Bakı metropoliteni saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun olaraq bərpa olunacaq.
Noyabr ayının 1-də “Bakmil” stansiyası istiqamətində və əksinə olmaqla tətbiq ediləcək hərəkət qrafiki belə olacaq:
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib














