Sabahdan uşaq bağçaları açılır

Sabahdan, sentyabrın 15-dən Azərbaycanda dövlət və özəl uşaq bağçaları fəaliyyətini bərpa edir.
Lakin bu qərar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı təlim-tərbiyyə müəssisələrinə aid deyil.
Baş Nazir Əli Əsədovun “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarda etdiyi dəyişikliyə görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı dövlət və özəl uşaq bağçaları oktyabrın 1-də açılacaq.
Bu, adıçəkilən iki şəhər və bir rayonda əhalinin sayı və sıxlığının daha yüksək olması, bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.
Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılıbq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunub. Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilin mart ayının 3-də ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyyə prosesi dayandırılmışdı. (“Report”)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












