Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda iyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 32-36 isti olacaq. Bakıda gecə 24-26 isti, gündüz 34-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25 isti, gündüz 33-38 isti, dağlarda gecə 13-18 isti, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 13-ü günün ikinci yarısından 15-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək










