Sabirabadda qanunsuz işləyən kafe bağlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Sabirabad rayonu, Şəhriyar kəndi, Şirvab-Sabirabad magistral yolunda fəaliyyət göstərən, fiziki şəxs Bahadirova Leyli Hüseyn qızına məxsus kafedə yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə sanitariya-gigiyena norma və qaydalarının pozulduğu, ərzaqların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, temperatur və rütübət rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinsekiya və deratizasiya tədbirlərinin aparılmadığı aşkar olunub. Həmçinin işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












