Polisi əməliyyat keçirdi, üç rayon sakini saxlanıldı - FOTO

Şabran Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan üç rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rauf Əliyev yaşadığı evin yaxınlığında saxlanılıb.
Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan bir kiloqrama yaxın qurudulmuş marixuana və kibrit qutularında saxladığı çətənə bitkilərinin toxumları, eləcə də evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi hündürlüyü 30-195 sm-ə qədər olan 15 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı R.Əliyev çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli daha iki rayon sakinləri – Samir Məmmədov və Bəhruz Babayevsaxlanılıblar.
Samir Məmmədovun üzərinə keçirilən baxış zamanı ondan altı bükümdə qurudulmuş marixuana, Bəhruz Babayevə məxsus fərdi yaşayış evindən isə aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi dörd ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?

















