Sabunçuda qənnadı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Qambay Vəzirov küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Osman Umurxan oğlu Osmanova məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl etmədən fəaliyyət göstərdiyi məlum olub.
Yoxlama zamanı müəssisədə istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı, həmçinin hazırlanan qidaların mikrobioloji və fiziki çirklənməyə məruz qalma riskinin olduğu müəyyən edilib. Məlum olub ki, təmizlik inventarlarının, yuyucu vasitələrin və dezinfeksiyaedici məhlulların saxlanılması normalara uyğun olaraq aparılmadığından müəssisədə kimyəvi çirklənmə təhlükəsi riski mövcuddur.
Müəssisədə istehsal olunan qənd və marmelad məhsullarından nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Təqdim edilən marmelad məhsulunun normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi məlum olub və həmin partiya məhsulun məhv olunması barədə qərar qəbul edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















