Şagirdlər ənənəvi ictimai nəqliyyatla dərsə getməməlidirlər - Təhsil eksperti

Bakıda məktəbliləri təhsil ocağına daşıyacaq avtobuslar ayrılmalıdır. Bunu Trend-ə açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bunun üçün artıq təkliflər də olunub:
"Bakı şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyinə bununla bağlı təkliflərimizi bildirmişik. Təkliflərimiz ondan ibarətdir ki, xüsusi rayonlar üzrə sırf şagirdləri daşıyacaq avtobuslar olmalıdır. Misal üçün Bakı Nəqliyyat Agentliyi günün müəyyən saatlarında yalnız şagirdləri daşıyacaq avtobuslar ayıra bilər. Bir şərtlə ki, həmin avtobuslar günün sonrakı saatlarında yenidən ictimai nəqliyyat üçün xəttə çıxarılmasın, çünki orada yoluxma riski var. Məsələn, yoluxmuş şəxslər oturacaqlara, tutacaqlara əllərini vurar və nəticədə uşaqlar da xəstələnə bilər. Mütləq şəkildə Bakı şəhərində necə ki, müntəzəm marşrutlar işləyir, o qaydada rayonlar üzrə məktəbliləri daşıyacaq avtobuslar ayrılmalıdır. Şagirdlər ənənəvi ictimai nəqliyyatla dərsə gələcəklərsə, gəlməməkləri daha yaxşıdır".
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












