Salyanda su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirici tədbir keçirilib - FOTO

Avqustun 14-də Salyan Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarımızdan qanunauyğun istifadə edək!” devizi altında tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirin məqsədi su ehtiyatlarından səmərəli və qanunauyğun istifadə sahəsində nəzarətin gücləndirilməsi və maarifləndirmə işlərinin aparılması olub. Tədbirdə yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və sahibkarlar iştirak ediblər. Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Təranə İsmayılova çıxışında su ehtiyatlarının qorunmasının və məqsədyönlü istifadəsinin vacibliyini vurğulayıb, iqlim dəyişiklikləri və artan su tələbatının yaratdığı çağırışların aradan qaldırılması üçün birgə əməkdaşlıq və maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Regional bölmənin rəisi Ehtiram Muxtarov isə bölmənin fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli Fərmanı ilə su siyasətinin daha da qanunauyğun həyata keçirilməsi məqsədilə Agentliyə verilmiş yeni səlahiyyətlərdən bəhs edib. O, tətbiq olunan nəzarət mexanizmləri və gələcək planlar barədə danışaraq, fermerləri və sahibkarları su resurslarından istifadədə qanunlara riayət etməyə və səmərəli idarəetməyə çağırıb. Tədbir çərçivəsində su itkilərinin azaldılması, suvarma texnologiyalarının təkmilləşdirilməsi və qabaqcıl təcrübələrin tətbiqi mövzularında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.




Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












