Şamaxı, Qazax, Quba yolları risk altındadır: Ekspertdən xəbərdarlıq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə bəzi dəyişikliklər təklif edilib. Dəyişikliyə əsasən, "Avtomobil yolları haqqında" Qanunda da avtomagistral anlayışının müvafiq redaksiyada verilməsi nəzərdə tutulur.
Ödənişli yollarda sürət həddi ilə bağlı da təkliflər səslənib. Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev dəyişiklikləri şərh edərkən bildirib ki, Azərbaycanda ödənişli avtomagistrallarda maksimal sürət həddinin qanunvericiliklə müəyyən edilməsi təklif olunur. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur:
- Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib. Layihəyə əsasən, yaşayış məntəqələrindən kənarda yerləşən ödənişli avtomaqistrallarda; minik avtomobilləri və icazə verilən maksimal kütləsi 3,5 tona qədər olan yük avtomobilləri üçün maksimal sürət 130 km/saatdan çox olmayacaq; Avtobuslar, qoşqulu minik avtomobilləri, həmçinin kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün maksimal sürət 90 km/saatı keçməməlidir. Qanunun yeni redaksiyasında avtomaqistral anlayışı da dəqiqləşdirilir. Belə ki, avtomaqistral: xüsusi hərəkət rejimi olan, müvafiq yol nişanları ilə işarələnən, hərəkət istiqamətləri ayrılmış, dəmir yolları, piyada və velosiped yolları ilə eyni səviyyədə kəsişməsi olmayan, həmçinin ən azı hər 50 km-dən bir istirahət və dayanacaq zonaları ilə təchiz edilmiş yol hesab olunur. Hesab edirəm, bu halda Şamaxı yolu, Qazax yolu, köhnə Quba yolu... və bu kimi yolların bəzi hissələrində təkmilləşdirilməyə ehtiyac var. Yaşayış məntəqələrindən çıxarılmalı və eyni səviyyəli keçidlər müxtəlif səviyyəli keçidlərlə əvəzlənməlidir. Məsələn, Bakıdan Ələtə kimi olan hissə ölkənin həm də ən yüklənmiş və alternativi olmayan yoludur. 18 ildi istismar olunur, əsaslı təmir edilməlidir. 40 km-lik R6 H.Z.Tağıyev-Sahil yolunu 4 zolağa təkmiləşdirib və sürətli əlaqəni təmin etmək lazımdır, Bakıya doğru isə sürət azalmalıdır./sherg.az
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir












