Şamaxıda evə girən oğru yaşlı ər-arvadı amansızcasına döydü - FOTO

Şamaxıda gecə vaxtı evə girən oğru 80 yaşlı kişini və 72 yaşlı arvadı döyüb. Bu barədə Trend-ə zərərçəkmiş şəxs Zərifə Niyazovanın bacısı Xədicə xanım bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl gecə vaxtı evə girən oğru maskalı olub və evdə pul tapmayanda ərlə arvadı hasa ilə döyüb: "Hadisə avqustun 23-də, gecə saat 02 radələrində Şamaxı şəhərində yerləşən Hüseyn Ciddi küçəsi, ev 11-də baş verib. Evdə həmin vaxt bacım Zərifə Niyazova və əri Polad Niyazov olub. Oğru evə girdiyi zaman hər iki şəxs yatmış vəziyyətdə olublar, ancaq səsdən ilk Polad oyanıb. İlk öncə elə bilib ki, xanımıdır, "şkafda" nəsə axtarır, ancaq səs etdikdən sonra oğru üzünü çevirib və maskada olduğunu görüb. Kişi "kimsən, nə istəyirsən" deyəndə oğru hücum edib ona və əlində ola hasa ilə üz-gözünə vurub, burnunu sındırıb. Bu zaman səsdən bacım da oyanıb və şokdan yerindən belə qalxa bilməyərək qışqırmağa başlayıb. Oğru kişini huşsuz hala saldıqdan sonra keçib bacımı döyməyə və sonra bıcağı boğazına diriyərək pul istəyib".
Z. Niyazovanın bacısı qeyd edir ki, ailənin bu yaxınlarda oğlu rəhmətə gedib və evin sonuncu pulunu rəhmətə gedən şəxsin baş daşına veriblər və bu barədə oğruya da bildiriblər: "Oğruya "evdə pul yoxdu" dedikdə o daha da əsəbləşib və qadını yumruqlamağa başlayıb. Elə bu zaman bacım oğrunun üzündə olan qara maskanı dartıb çıxarıb, ancaq ev qaranlıq olduğundan oğrunun kimliyini dəqiqləşdirə bilməyib. Üzünün görünməyini istəməyən oğru qadını da huşsuz hala salaraq evdən qaçıb".
Əlavə edək ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxslər polisə müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










