“Şamaxinka”dakı yerüstü keçiddə yaşlı qadın dilənməyə məcbur edilir - DİN-dən AÇIQLAMA - VİDEO

Yasamal rayonu ərazisində yerləşən yerüstü piyada keçidlərindən birində fiziki məhdudiyyətli qadının dilənçiliklə məşğul olması faktı polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Avtosfer.az-a bildirib ki, qadının bu vəziyyətə düşməsi onun mənsub olduğu sosial qrupun həyat tərzi və ailə mühiti ilə bağlıdır.
Qadın aidiyyəti üzrə müvafiq orqana təhvil verilib, yaxın qohumları müəyyən edilib.
Onların hərəkətlərinə hüquqi qiymət verilib və qanunvericiliyə uyğun tədbirlər görülüb.
***25 iyul, 13:30
Paytaxtın Nəsimi rayonunda yerüstü keçiddə cinayət məsuliyyətinə səbəb olacaq hadisə baş verir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal və Nəsimi rayonlarının arasında yerləşən yerüstü keçiddə yaşlı qadın diləndirilir. Bununla əlaqədar vətəndaşlardan biri sosial şəbəkədə video yayıb.
Belə ki, “Şamaxinka”da son illərdə açılan və 3 tərəfi birləşdirən yerüstü keçiddə hər gün hər iki ayağı amputasiya olunan qadın diləndirilir. Vətəndaş yaşlı qadına kömək məqsədilə video çəkib, ondan məlumat almağa çalışsa da, bu mümkün olmayıb. Çəkiliş edən şəxs yaşlı qadına sərin içki də verib və sonrasında onu kölgəyə aparmağa kömək edib.
Qadınla bağlı məlumat verən vətəndaş hüquq-mühafizə orqanlarından qadınla bağlı araşdırmanın vacib olduğunu qeyd edib.
Səfər
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA












