İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA

İnternet provayderlərinin vəd etdiyi sürətlə istifadəçilərin faktiki əldə etdiyi sürət arasında fərq yaranması abonentlərin narazılığına səbəb olur. Bu vəziyyət internet xidmətinin keyfiyyəti və istehlakçı hüquqlarının qorunması məsələsini gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, internet sürətinin aşağı olmasının səbəbləri və provayderlərin öhdəlikləri ilə bağlı suallar yaranır. Bəs belə hallarda istifadəçilərin hüquqları necə qorunur?
Mövzu ilə bağlı İT( İnformasiya Texnologiyaları) üzrə mütəxəssisi Fərid Kazımov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu problem real olaraq mövcuddur:
"Xüsusilə kiçik provayderlərin xidmətindən istifadə edən abonentlər bu problemlə daha çox qarşılaşırlar. Söhbət əsasən bir və ya bir neçə yaşayış kompleksinə xidmət göstərən provayderlərdən gedir. Belə şirkətlər bəzən daha aşağı sürət ötürmə imkanına malik avadanlıqlardan istifadə edirlər. İnternet sürətinin aşağı olmasının bir neçə səbəbi var. İlk növbədə, avadanlıqların məlumat ötürmə imkanları aşağı ola bilər. Azərbaycanda hazırda minimum internet sürətinin saniyədə 100 meqabit olması məsələsi gündəmdədir. Lakin bəzi provayderlər bu sürəti təmin etdiklərini bəyan etsələr də, reallıqda istifadəçilər həmin sürəti əldə edə bilmirlər. Avadanlıqlara müvafiq investisiya qoyulmadan sürətin artırıldığının elan edilməsi abonentlərə yanlış məlumat verilməsi ilə nəticələnə bilər. Mövcud qaydalara əsasən, provayderlər müqavilədə göstərilən paket sürətinin ən azı 70 faizini təmin etməlidirlər. Paket üzrə sürət saniyədə 100 meqabitdirsə, minimum 70 meqabit sürət təmin olunmalıdır. Lakin bəzi hallarda bu tələbin də yerinə yetirilmədiyini görürük”.
Fərid Kazımov əlavə olaraq qeyd edib ki, digər problem provayderlərin daha az həcmdə topdansatış internet trafiki əldə edərək çoxsaylı müştərilərə xidmət göstərməsidir:
“Bu zaman şəbəkənin imkanları istifadəçilərin sayına uyğun gəlmədiyi üçün sürət aşağı düşə bilər. Bəzi hallarda isə mövcud avadanlıq və şəbəkə imkanları lazımi sürəti təmin etməyə imkan versə də abonentlərə daha aşağı sürət təqdim olunur. Bu problemlərin həlli üçün istifadəçilər aidiyyəti dövlət qurumuna müraciət edərək şikayət etməlidirlər. Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) bu sahədə fəaliyyət göstərir. Agentliyin rəsmi internet səhifəsində elektron şikayət bölməsi mövcuddur. İstifadəçilər həmin bölmə vasitəsilə məlumatlarını təqdim edə, qarşılaşdıqları problemi izah edə və məsələnin araşdırılmasını tələb edə bilərlər. Şikayətlər əsasında provayderlərin fəaliyyəti ilə bağlı müvafiq tədbirlər görülə bilər. Digər mühüm məsələ gələcəkdə minimum internet sürətinin saniyədə 150 meqabitə çatdırılması ilə bağlı müzakirələrdir. Hazırda minimum sürətin 100 meqabit olduğu bildirilir, lakin daha yüksək sürətə keçid məsələsi də gündəmdədir. Burada əsas sual ondan ibarətdir ki, indiyədək 100 meqabit sürəti təmin etmək üçün avadanlıqlarını yeniləməyən provayderlər gələcəkdə 150 meqabit sürəti necə təmin edəcəklər?
Aidiyyəti dövlət qurumları bu sahədə monitorinqləri gücləndirməlidirlər. Provayderlərin bəyan etdikləri sürəti təmin etmək üçün texniki imkanlarının olub-olmadığı yoxlanılmalıdır. Eyni zamanda, onların əldə etdikləri internet trafiki, abonentlərin sayı və təqdim olunan xidmət paketləri arasındakı uyğunluq təhlil edilməlidir. Bu cür nəzarət həm istifadəçilərin hüquqlarının qorunmasına, həm də provayderlərin reklam etdikləri xidmətlə faktiki təqdim etdikləri xidmət arasında fərqin aradan qaldırılmasına kömək edə bilər".
Fatimə
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO












