Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Samux rayonunda yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhəli halın qeydə alınması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən əraziyə baytarlıq mütəxəssisləri cəlb olunub, təsərrüfatda epizootoloji araşdırma aparılıb. Qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar ərazidə baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, heyvanlar kliniki müayinə edilib, zəruri baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib. Agentlik tərəfindən xəstəliyin yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfatın girişində dezobaryer qurulub, giriş-çıxış, eləcə də heyvanların kənar şəxslərlə təması məhdudlaşdırılıb, xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müvafiq müalicəyə cəlb edilib. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə təsərrüfata gedən yolda dezinfeksiya işləri həyata keçirilib.
Rayon ərazisində dezinfeksiya işləri aparılıb.
Mümkün risklərin qarşısının alınması məqsədilə xəstəlik hadisəsinin qeydə alındığı əraziyə yaxın yaşayış məntəqəsində epizootoloji vəziyyət qiymətləndirilib, iri və xırdabuynuzlu heyvanlar kliniki müayinədən keçirilib və seçmə üsulla termometriya aparılıb. Xəstəlik riski nəzərə alınaraq ərazidə heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi təşkil edilib.
Hazırda xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda saxlanılan digər heyvanlar baytarlıq mütəxəssislərinin gündəlik müşahidəsi altındadır. Heyvanlarda gündəlik termometriya aparılır, yemlənməsinə və ümumi kliniki vəziyyətinə nəzarət edilir. Heyvanların ümumi vəziyyəti qənaətbəxşdir.
Məlumat üçün bildiririk ki, qarayara torpaq mənşəli infeksiya olmaqla, törədicinin sporları ətraf mühitdə uzun müddət qala və heyvanlar əsasən çirklənmiş torpaq, yem və su vasitəsilə, eləcə də zədələnmiş dəri və selikli qişalardan yoluxa bilər; bu baxımdan belə halların baş verməsi infeksiyanın mütləq kənardan gətirilməsi anlamına gəlmir. Müvafiq baytarlıq-sanitariya, biotəhlükəsizlik və gigiyena qaydalarına düzgün əməl edildikdə, xəstəliyin yayılma və insanlar və heyvanlar üçün əlavə yoluxma riski minimuma endirilir.
Bildiririk ki, Samux rayonu ərazisində epizootik vəziyyət sabitdir. Xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda və yaxın ərazilərdə heyvanların sağlamlıq vəziyyəti Agentlik tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












