Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndi

Daxili İşlər Nazirliyinin (DIN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Xəzər və Abşeron rayonları ərazilərində reydlər keçiriblər.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-də keçirilən reydlər zamanı Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasının yaxınlığında sənaye tullantılarının yandırılması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 234.0.5-ci (atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə Bakı şəhər sakini N.Salmanov barəsində protokol tərtib edilərək 600 manat məbləğində cərimələnib.
Sentyabrın 14-də keçirilən reydlər zamanı isə Abşeron rayonunun Hökməli qəsəbəsində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.
İXM-nin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədri R.Orucov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












