Saxta sənədlərlə avtomobil satmaq istəyənlər tutuldu- FOTO

Avtosfer.az xəbər verir ki, Bakıda saxta sənədlərlə torpaq və avtomobil satmaq istəyən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "report"a daxil olan məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rauf adlı şəxsin Sabunçu rayonunun Bilgəh qəsəbəsində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini saxta sənədlər əsasında başqa şəxslərə satması barədə müraciətlər daxil olub. Aparılan araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunan Rauf Məmmədovun həqiqətən Bilgəh qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinə dair sənədin surətini Sərxan Qəhrəmanov adlı vətəndaşa verərək həmin ərazinin guya özünə məxsus olduğunu bildirməsi və bu məqsədlə sonuncudan ilkin olaraq 5 min manat məbləğində pul alması müəyyən edilib. Tərəflər qalan məbləğin əvəzində Sərxan Qəhrəmanova məxsus avtomobilin R.Məmmədovun tanışı olan İlham Rzayevin adına keçirilməsi barədə razılığa gəliblər. Qanunsuz sövdələşməyə yardımçı olan Gəncə şəhər sakini Mətləb Nağıyev,həmçinin,İlham Rzayev və Rauf Məmmədov sözügedən avtomobili sonuncunun adına rəsmiləşdirmək istəyərkən Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA










