Şayiələr TƏSDİQLƏNDİ: AstraZeneca peyvəndi qan laxtalanmasına səbəb olur

Avropa Dərman Agentliyi AstraZeneca peyvəndi ilə qan laxtalanmasının əmələ gəlməsi arasındakı əlaqəni nəhayət təsdiqləyib.
Avtosfer.az xarici mediaya istinadla bildirir ki, bu barədə İtaliyanın ANSA nəşri xəbər verib.
Məlumata görə, bunu Avropa Birliyinin əsas əczaçılıq tənzimləyicisinin peyvənd şöbəsinin müdiri Marko Kavaleri deyib.
"AstraZeneca peyvəndi ilə qeyri-adi qan laxtalanması halları arasında nadir bir əlaqə olduğunu inkar etmək getdikcə daha çətindir", - Kavaleri vurğulayıb.
Onun sözlərinə görə, hazırda dərmanla tromboz arasındakı əlaqəni tapmaq mümkün olmayıb - tədqiqatçılar onu araşdırmağa davam edirlər. Bu səbəbdən peyvəndin istifadəsi üçün yaş məhdudiyyətləri tövsiyə edilmir. Bildiyiniz kimi, qan laxtalanması əsasən 55 yaşınadək qadınlarda müşahidə edilib.
"Fikrimcə, indi peyvəndlə əlaqənin açıq olduğunu söyləyə bilərik. Ancaq bu reaksiyanın səbəbi nədir, hələ də bilmirik”, tənzimləyicinin nümayəndəsi izah edib.
O, agentliyin yaxın zamanda AstraZeneca peyvəndi ilə tromboz arasındakı əlaqəni rəsmi olaraq elan edəcəyini söyləyib.
Buna baxmayaraq, Marko Kavaleriyə görə, bu dərmanı istifadə etməyin faydaları potensial risklərdən çoxdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












