“Sədərək” ticarət mərkəzi açılır? - VİDEO

Pandemiya səbəbindən fəaliyyətini müvəqqəti dayandıran iri ticarət mərkəzləri yaxın günlərdə fəaliyyətini bərpa edə bilər.
Avtosfer.az xəbər verir ki, “Sədərək” ticarət mərkəzində artıq təmir-bərpa işlərinə də başlanılıb. Lakin mağazalar açılsa belə, ticarət mərkəzlərində ümumi karantin rejimi qaydalarına əməl edilməsinə aidiyyəti qurumlar tərəfindən nəzarət olunacağı da gözləniləndir.
“Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, koronavirusa yoluxanların sayında son zamanlar azalmanın müşahidə olunması iri ticarət mərkəzlərinin açılacağına səbəb ola bilər:
“Bildiyiniz kimi, ölkəmizdə koronavirs pandemiyası ilə əlaqədar iri ticarət mərkəzləri bağlanıb. Lakin son vaxtlar virusa yoluxanların sayında azalmanın müşahidə olunması səbəbindən ticarət mərkəzləri, o cümlədən “Sədərək” ticarət mərkəzi açıla bilər. Hamımızın gözlədiyi bir haldır ki, mağazalar tezliklə açılsın. Çünki burada on minlərlə dükan və 30-40 minə qədər iş yeri var. Amma yenə də hər şey Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın qərarından asılıdır”.
Xatırladaq ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır. Bu tarixdən hansı xidmət sahələrinə işləmək icazəsi veriləcəyi isə hələlik açıqlanmayıb.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











