Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gənc çağırışçılarla bağlı açıqlama

"Ali Baş Komandan İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən, oktyabr çağırışına başlanılıb". Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini general mayor Zaur Abdullayev deyib. Onun sözlərinə görə, hazırda aparılan müddətli hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq hər il olduğu kimi ildə 4 dəfə həyata keçirilən prosedurdur: "Bu çağırışın hazırki hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur. Həmişə olduğu kimi, 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar. Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində onlarla orada təlimlər keçiriləcək, hərbin sirrləri öyrədiləcək, sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər".
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












