Səfirliyin 20 avtomobili üsyançılara qaldı - VİDEO

Yəmənin paytaxtı Sanada Amerika Birləşmiş Ştatları səfirliyinə məxsus 20 avtomobil üsyançıların əlinə keçib. Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, bir qədər əvvəl Yəməndə baş verən dövlət çevrilişi ilə əlaqədar səfirliyin əməkdaşları ölkədən təxliyə olunmuşdular. Səfir və diplomatlar avtomobillərini hava limanında tərk ediblər. Amerika hökuməti səfirliyə məxsus avadanlıqların təhvil verilməsini tələb edib. Yeni müvəqqəti hökumətin təhlükəsizlik rəsmiləri avtomobillərin geri qaytarılacağını, lakin prosesin BMT xətti ilə icra olunacağını bildiriblər. Yəməndə müşahidə olunan qeyri-stabil vəziyyətlə əlaqədar, eyni zamanda, Böyük Britaniya və Fransa səfirlikləri də bu ölkədə fəaliyyətini dayandırıb. Hazırda Yəmən hökuməti Husi hərəkatı tərəfindən idarə olunur. BMT-nin baş katibi Yəməndə vətəndaş müharibəsi gözlənildiyinə dair xəbərdarlıq edib. “Yəmən gözlərimizin önündə tənəzzülə uğrayır. Biz bunu kənardan müşahidə edə bilmərik. Mümkün qədər tez Yəmən xalqına ölkədə legitim dövlət qurması üçün kömək etməliyik”.
Yəmən Əl-Qaidə qruplaşmasının ən fəal olduğu ölkələrdən biridir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












