Şəhərin əsas yollarından biri çökdü- FOTOLAR

Xırdalan şəhərinin əsas yollarından birində asfalt çöküb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Heydər Əliyev adına parkın qarşısındakı yolun çökməsi avtomillərin hərəkətinə maneə törədib. Nəticədə həmin ərazidə böyük tıxac yaranıb. Maraqlıdır ki, yolun çökməsi ilə əlaqədar heç bir xəbərdarlıq işarəsi qoyulmayıb. Ətrafda yaşayan sakinlər isə vəziyyətdən çıxış yolu üçün unikal addım atıblar. Belə ki, ətrafdakı sakinlər tərəfindən çüküntü baş verən əraziyə taxta parçası qoyulub. Bununla da sakinlər sürücülərin çöküntü olan yerə diqqətini çəkməyə çalışıblar.
Qeyd edək ki, hələlik çöküntü baş verən yolda təmir işləri aparılmır. Sürücülərin sözlərinə görə, hərəkət belə intensiv davam edərsə yolda nəqliyyatın hərəkəti tamam dayana bilər.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə açıqlamasında sözügedən ərazinin ASC-nin kurasiyasında olmadığını deyib. O bildirib ki, bu cür xırda yollar “Azəryolservis” ASC-nin nəzarətində deyil.
Xatırladaq ki, yol çöküntüsü baş verən ərazi Xırdalan şəhərinin magistral yollarından biridir. Görünür, bu cür çöküntülərin qarşısını almaq üçün sakinlər hələ çox variantlar axtramalı olacaq.
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO












