Şəhid ailələri və qazilərə verilən sığorta ödənişinin həcmi açıqlanıb

Bu günə qədər şəhid vərəsələri və qazilərə 44 milyon manat həcmində sığorta ödənişləri edilib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev məlumat verib.
Onun sözlərinə görə, müxtəlif əlillik dərəcəsi almış hərbçilərimizin və şəhid olmuş hərbçilərimizin vərəsələrinin ipoteka kreditləri üzrə borcları da həyat sığortası şirkətləri tərəfindən qarşılanır:
“Həyat sığortası şirkətləri tərəfindən bu günə qədər 3 milyon 400 min manat ödəniş həyata keçirilib. Onu da qeyd etmək istərdim ki, ASA və Azərbaycanın Mərkəzi Bankı bu prosesi daima nəzarətdə saxlayır. Həmçinin, Dövlət Sığorta Kommersiya Şirkətinin müxtəlif filialları mövcuddur ki, həmin filiallara da vətəndaşlarımız tərəfindən müraciətlər olunur. Həmin müraciətlərə operativ şəkildə baxılır və ödənişlər həyata keçirilir”.
Əlavə edilib ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən banklarla əldə edilən razılığa əsasən vətəndaşlar sığorta şirkətinin filiallarına müraciət edərkən onların adlarına bank hesabı açılır və bank kartı təqdim olunur. Ən gec 48 saat ərzində həmin bank hesabına sığorta ödənişi edilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












