Şəhid Milli Qəhrəmanın oğlu atasından yazdı: “Hamıdan uca zirvədəsən, istəyinə nail oldun”

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının ölümü barədə yazıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “Mənim canım, gözəl atam. Artıq sənin bizim yanımızdan ayrılmağının bir ili tamam oldu. Sənin üçün çox darıxırıq. Necə tez gəldi keçdi bu bir il...Mənim Qəhrəman atam, niyə belə oldu? Niyə vaxtsız ayrılıb getdin? Şəkillərinə baxdıqca dünyam başıma yıxılır. Heç kim bəzən başa düşmür məni. Kimsə bilmir nələr çəkdiyimi. Çox vaxt ürəyimdə yaşayıram bütün əzabları. Mən hər zaman səninlə dərdləşərdim.
İndi kimə nə deyim? Heç kim sənin kimi dinləməz, gülməz, başa salmaz. Sən hər zaman bizim ailəmizin Qəhrəmanı olmusan, elə də olacaqsan. Bütün Azərbaycan xalqı səninlə qürur duyur, atam. Kursant yoldaşların deyir ki, atanın sözü var idi: Ya General olacağam, ya da hamıdan uca zirvəyə qalxacağam. Hamıdan uca zirvədəsən atam, istəyinə nail oldun.
Sənin ölüm xəbərinlə belim sındı, ehh ata, görəsən, eşidirsənmi məni? Çox pisəm, çox ... Heç vaxt barışa bilməyəcəm sənin ölümünlə. Mənim gözəl, mehriban atam. Necə gözəl günlərimiz, gülüşlərimiz, sevincimiz var idi səninlə, indi hamısı səninlə birlikdə dəfn edilib sanki”, - deyə polkovnikin oğlu bildirib.
E.Mirzəyev qeyd edib ki, atasının adını hər zaman uca tutacaq və onun yolunu şərəflə davam etdirəcək:
“Hər zaman məni yüksəklərdə görmək istəyirdin. Yüksəklərdə olacağam, ucalarda olacağam və qürurla, fəxrlə deyəcəm, mən Milli Qəhrəman, şəhid Polkovnik İlqar Mirzəyevin oğluyam. Dastan yazaram sənin haqqında, amma nə yazsam kifayət etməz.
Heç vaxt döyüşlərdə nələr etdin, nə Qəhrəmanlıq göstərdin, necə çətinliklərdən keçdin demədin. Ancaq indi hamısını mənə əsgərlərin, silahdaşların deyir, danışır.
Sənin necə Qəhrəman döyüşçü olmusan ki, hamı bir sözü deyir: Bir daha İlqar Mirzəyev dünyaya gəlməyəcək. Canım atam, fəxrim, sənsiz keçən əzab verici bir il ... Rahat uyu, Millətin Qəhrəmanı, rahat uyu Cənab Polkovnik, rahat uyu ATAM!”.
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ











