Şəhid statusu verilməsi qaydasına dəyişiklik təklif edilir - VİDEO

Azərbaycanda qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbi qulluqçulara və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəhid statusu verilmir. Yalnız döyüşlər şəraitində canından keçən hərbçilərə Müdafiə Nazirliyinin müvafiq arayışı əsasında şəhid statusu verilir.
Millət vəkili Aydın Hüseynovun fikrincə, bu qayda dəyişdirilməlidir.
Çünki hazırda şəhid statusunu təyin edən qərar 1993-cü ildə verilib və bu da indiki tələblərə cavab vermir.
Bəs bu məsələdə dünya təcrübəsi nə deyir?
Qardaş Türkiyədə şəhid statusu verilərkən hərbçinin və ya polis əməkdaşının həmin vaxt xidməti vəzifəsini həyata keçirib-keçirmədiyi əsas götürülür.
Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib ki, sərhədçilər və polislər də daxil olmaqla, Türkiyədə öz vəzifəsini icra edərkən hər hansı bir səbəbdən həyatını itirənlər şəhid hesab olunurlar.
Deputat Aydın Hüseynov deyir ki, Azərbaycanda da Türkiyə təcrübəsindən faydalanılması həm də o qəhrəmanların ailələri qarşısında mənəvi borcun ödənilməsi olardı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












