Şəkidə avtomobil piyadanı vurdu

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 41-ci kilometrliyində, Şəki rayonu Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib. Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Sənan Əli oğlu Şahbazov idarə etdiyi “Ford Tranzit” markalı, 90 JN 230 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə yolu keçmək istəyən piyada, Şəki rayonu Cəfərabad kənd sakini, 1978-ci il təvəllüdlü Xanlar Hacıəhməd oğlu Əhmədovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Xanlar Əhmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Şəki RMX-dan APA-ya verilən məlumata görə, Xanlar Əhmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












