Şəkidə dəhşətli yol qəzası; 4 nəfər ölüb, 1 yaralı

Şəkidə ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şəki-Qax yolunun 20-ci kilometrliyində, rayonun Baş Layskı kəndi ərazisində qeydə alınıb. Şəki rayon sakini, 1967-ci il təvəllüdlü Bəhram Bayram oğlu Bayramovun idarə etdiyi “VAZ-2107” markalı, 22 BA 819 dövlət nömrə nişanlı avtomobil Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Səxavət Əli oğlu Məmmədhəsənovun idarə etdiyi “VAZ-2106” markalı, 10 XK 534 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü və sərnişinləri, Şəki rayon sakinləri - 1983-cü il təvəllüdlü Abdurəhmanov Sadiq Akif oğlu, 1984-cü il təvəllüdlü Yusifov Ruslan Mixail oğlu, həmçinin “VAZ-2107”-nin sərnişini, 1985-ci il təvəllüdlü Əbdürrəhmanov Xəyal Ağası oğlu aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. “VAZ-2107”-nin sürücüsü Bayramov Bəhram Bayram oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












