Şəkidə tibbi maskadan istifadə etməyən şəxslər 100 manat cərimələnib - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub.
Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.


Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












