“Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir” - Raquf Orucovun xanımı
Gündəm
15 Yanvar 2022 15:00

“Biz hamımız nazirlikdə təmsil olunuruq, amma bu, formaldır. Sorğularımıza cavab verilmir. İctimai Birlik bir problemin həll olunmasında bu qədər çətinlik yaşayırsa, görün adi vətəndaş hansı çətinlikləri yaşayır”. “Qafqazinfo” xəbər verir ki, bunu “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib. QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" tədbirində çıxış edən S.Orucova dövlət qurumlarından narazılığını dilə gətirib: “Hər bir cəmiyyətin əsası hüquqa dayanır. Bu gün İctimai Birliklərin təklifi təklif olaraq qalır. Çünki baxan yoxdur. Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir. Mən insanlarımızı güclü görmək istəyirəm. Bu gün bizim Prezidentlə təmasa keçmək üçün yeganə vasitəmiz mediadır. Amma bu təması birbaşa etmək istəyirik.
Artıq QHT-lərin fəaliyyəti kağız üstündən reallığa keçməlidir. Bəzən adicə icra hakiminin qəbuluna düşmək, problemi çatdırmaq özü böyük problemə çevrilir. Çox xahiş edirəm ki, bizim səsimizi çatdırasız”.
Oxunub : 1034
DİGƏR XƏBƏRLƏR
5 Oktyabr 2026 21:55
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
5 Oktyabr 2026 11:06
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
5 Oktyabr 2026 11:00
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
5 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
4 Oktyabr 2026 11:08
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
3 Oktyabr 2026 15:45
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
3 Oktyabr 2026 14:00
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
3 Oktyabr 2026 11:24
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
ŞƏRH YAZ











