Göyçayda itkin düşən hamilə qadının meyiti tapıldı - YENİLƏNİB

Göyçayda itkin düşən Ucar rayon sakini olan qadının meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, onun meyiti Göyçay rayonundan axan kanalın Cəyirli kəndindən keçən hissəsindən aşkarlanaraq sudan çıxarılıb.
Məlumatlara görə, N.Şixiyeva adlı qadının intihar etdiyi ehtimal olunur. Qadın hamilə olub.
Faktla bağlı araşdırma aparılır.
15:32
Ucar rayon sakini Göyçayda itkin düşüb.
Avtosfer.az-ın məlumatına görə, bu gün saat 11 radələrində bir qadının Potu kəndi ərazisində itkin düşməsi ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında hadisə yerində aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs 1992-ci il təvəllüdlü Ucar rayon sakinidir.
O, qaynı ilə birlikdə İsmayıllı rayonundan qayıdarkən Yuxarı Şirvan kanalının Potu kəndi ərazisindən keçən hissəsində əlində olan sellofan torbanı atmaq üçün avtomobili saxlamasını xahiş edib.
Daha sonra qadının geri dönmədiyini görən qaynı onun axtarışlarına başlayıb.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda məsələ ilə əlaqədar həmin ərazidə polis əməkdaşları tərəfindən axtarış aparılır.
Oxu.Az
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











