"Sənin bacın əxlaqsız olub" deyən şəxs öldürüldü - TƏFƏRRÜAT

Ötən ilin oktyabrında Şamaxıda 2 qonşu arasında baş vermiş və Samir Əhmədovun ölümü ilə nəticələnən dava-dalaşın səbəbi məlum olub.
Araşdırmalar nəticəsində S.Əhmədovla qonşusu və uzaq qohumu olan Xaliq Əliyevin övladlarının dalaşdığı və valideynlərin arasında bu səbbədən narazılıq yarandığı üzə çıxıb.
Belə ki, oktyabrın 23-də X.Əliyev S.Əhmədovun oğlunun ondan 1 yaş kiçik olan X.Əliyevin oğlunu vurduğunu görüb. O, dalaşdıqlarına görə öz övladına bir sillə vurub. Daha sonra S.Əhmədovun oğlunun boğazından tutaraq bir də belə hərəkətlər etməməsini deyib. Orta məktəbdə oxuyan uşaq hadisə ilə bağlı evdə danışıb. Bundan sonra S.Əhmədov X.Əliyevə bir neçə dəfə zəng edərək onu küçəyə çağırıb və telefonda təhqiramiz sözlər işlədib. Küçədə rastlaşdıqda Samir onun nalayiq ifadələri davam etdirib. Xalidin atasının bir neçə il əvvəl qızı Günel Məmmədovanı öldürdürməsini xatırladaraq “Sən niyə kişilikdən dəm vurursan, sənin bacın əxlaqsız olub, atan sizin qeyrətinizi çəkib bacının başını kəsib, sən mənə bıçaq vuracaqsan?” deyərək onun üzərinə hücum edib. Samirin ondan bədəncə cüssəli olmasına görə özü ilə bıçaq gətirən Xalid bundan sonra ona zərbələr endirməyə çalışıb. Zərbələrdən yalnız biri S.Əhmədovun bud-qasıq nahiyəsinə tuş gəlib. O, qanaxmadan vəfat edib.
Faktla bağlı Cinayət Məcəllsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb. X.Əliyev bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. (Publika.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












