“Sənin patpressinə təpiklə qoyacam” - Bakıda yol polisi - VIDEO

Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, kütləvi informasiya vasitələrində bildirilib ki, yol polisinin saxlama əmrinə əhəmiyyət verməyən sürücü qaça bilməyib. Yol polisi həmin sürücünü Babək prospektində sıxışdırıb. Lakin sürücü maşından düşmək istəməyib. O, qapıları bağlayıb. Bu zaman yol polisi əsəblərini cilovlaya bilməyib və sürücüyə hədə-qorxu gəlməyə başlayıb. “Bu saat təpiklə sənin patpressinə təpiklə qoyacam”, - deyə sürücünün üstünə qşqırıb. Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov açıqlamasında bildirib ki, polis vətəndaşla qanun çərçivəsində hərəkət etməlidir. “Yol polisi vətəndaşa xəbərdarlıq edir. Qanun çərçivəsində sürücünü saxlayıb, ondan sənədlərini tələb edir. Sürücü isə yol polisinin qanuni saxlama əmrinə tabe olmur. Maşını onun üstünə sürür. Qapıları açmır. Polisi təhqir edir. Polisə qarşı güc tətbiq edir. Polis nə etməlidir? Polis vətəndaşın törətdiyi əməlinə görə, qanun çərçivəsində tədbirlər görməlidir”, - deyə Vaqif Əsədov bildirib. Vaqif Əsədov yayılmış videodan xəbərsiz olduğunu və məsələni araşdıracağını bildirib: “Araşdırmalardan sonra konkret nəsə deyə bilərəm. Həmin videonu görməmişəm. Ona görə də, bir şey deyə bilməyəm”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












