Şənlikdə atışma oldu; 4 yaralı

ABŞ-ın Los-Anceles şəhərində baş verən atışmada dörd nəfər yaralanıb. Bu barədə şəhər yanğınsöndürmə xidməti məlumat yayıb.
“Los-Anceles Yanğından Mühafizə Departamentinə atışma barədə məlumat daxil olub. Hadisə yerində üç yetkin yaralı aşkar edilib, onlar xəstəxanalara aparılıb. Yaralılardan ikisinin durumu kritik, biri ağırdır”, - bəyanatda deyilir.
Həmçinin hadisə yerindən uzaqlaşmağa çalışan daha bir nəfər də xəsarət alıb. O, əlindən yaralanıb, xəsarət odlu silah vasitəsilə yetirilməyib.
Yerli “CBS Los Angeles” telekanalının məlumatına görə, hadisə baş verən ünvanda ABŞ Milli Futbol Liqasının oyunçusunun evində qonaqlıq təşkil edilib. Malikanəyə onlarla insan toplaşıb. Koronavirusla bağlı vəziyyətə görə şəhərdə böyük qruplarla toplaşmaq qadağandır. Hadisə yerinə polislər gəlib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












