Şərab içmək kataraktanın inkişaf riskini azaldır

London Universitet Kollecinin oftalmoloqları müəyyən ediblər ki, şərab içmək kataraktanın inkişaf riskini 23 faiz azalda bilər.
Bu barədə “Ophthalmology” jurnalındakı məqalədə deyilir.
Tədqiqatçılar 490 mindən çox insandan qidalanmaları, alkoqol qəbulu və xəstəlikləri haqqında məlumatlar toplayıblar. Məlum olub ki, az və orta dərəcədə alkoqol istehlakı (həftədə 14 vahid - təxminən 10 bokal şərab və ya altı stəkan pivə) kataraktanın inkişaf riskinin azalması ilə korrelyasiya edib.
Ən çox əlaqə qırmızı şərabla bağlı olub: onu istehlak edənlərin katarakta müalicəsi ilə əlaqəli əməliyyata ehtiyacları 23 % daha az olub. Pivə və digər alkoqollu içkilərin təsiri daha az olub.
Hələlik bu təsirin səbəbi məlum deyil. Ancaq iş şərabın tərkibində olan və orqanizmdə qoruyucu rol oynaya biləcək polifenollarda, birləşmələrdə ola bilər. (“Report”)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












