Sərhədçilərimizi öldürən iranlı belə zərərsizləşdirildi - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sərhədçilərimizi qətlə yetirən İran vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlu bu gün Yardımlı rayonunda silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. “Qafqazinfo” həmin şəxsin fotolarını və əməliyyat zamanı çəkilən videogörüntünü əldə edib. İran vətəndaşı Yardımlı rayonunun Zevin kəndində sakinlərdən birinin həyətində ağacda gizlənib. Yeri müəyyən edilərək təslim olunması təklif olunsa da, o, silahlı müqavimət göstərdiyi üçün DİN Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilərək məhv edilib. Əməliyyata helikopter də cəlb edilib.
Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












