Sərhəddə baş verən qarşıdurma nəticəsində iki nəfər ölüb

Gürcüstan ilə Rusiya arasındakı Lars sərhəd keçid məntəqəsində hər iki ölkənin vətəndaşları arasında qarşıdurma olub. Hadisə nəticəsində iki nəfər ölüb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Neytral ərazidə baş verən qarşıdurmaya iki sürücü arasında yaranan mübahisə səbəb olub. Məlum olub ki, Gürcüstan və Rusiya vətəndaşlığı olan 1981-ci il təvəllüdlü A.M. 1956-cı il təvəllüdlü A.Q.-yə öldürücü zərbələr endirib. A.Q. aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha sonra A.Q.-nin oğlu 1980-ci il təvəllüdlü V.Q, soyuq silahdan istifadə edərək atasını qətlə yetirən A.M.-ni öldürüb.
V.Q. təqsirləndirilən şəxs qismində Kazbeki rayonunda saxlanılıb və barəsində araşdırma başlanıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (AZƏRTAC)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












