Sərhəddə ucsuz-bucaqsız maşın sıxlığı yarandı – VİDEO - FOTO

Azərbaycan-Rusiya sərhədində böyük növbələr müşahidə olunur. ANS-in məlumatına görə, bir neçə gündür Xaçmazın Rusiya-Azərbaycan sərhədində yerləşən Xanoba sərhəd-keçid məntəqəsində minik avtomobillərinin növbəsi yaranıb. Növbənin yaranması müxtəlif amillərlə izah olunur. Nəqliyyat vasitələrilə Rusiyaya keçmək istəyən vətəndaşlar sərhəd-keçid məntəqəsində bir neçə gündür dayandıqlarını, burada ləngimənin səbəbi barədə məlumatsız olduqlarını dedilər. Əsasən Rusiya vətəndaşları olanlar sərhəd-keçid məntəqəsində gözləməyin çox çətin olduğunu bildirirlər.
Rusiya vətəndaşı Rza Hüseynovun sözlərinə görə, "Dünən iki saat yerimizdən tərpənmədik. Nə oldu, günah kimdə oldu, onu deyə bilmirəm. Aramızda xəstə var, qoca var, uşaq var, biz dözə bilirik, amma onlar dözə bilmir”.
Rusiya vətəndaşı Camal Səmədov isə deyir ki, "Çox əziyyət çəkirik. Mənim maşınımda 8 nəfər var. Üç gündür burdayam, nə yuyunmaga, nə də dincəlməyə yer var”.
Rusiya vətəndaşı Ələddin Sadıqov qeyd edir ki, “36 saatdır ki, burdayıq - körpə var, qocalar var, xəstələr var”.
Müşahidələrimiz zamanı qonşu ölkəyə keçmək istəyən vətəndaşların isti havada burada çox cətin şəraitdə gözlədiklərini gördük. Müsahiblərimin əksəriyyəti isə sərhəddə növbə yaranmasını qonşu Rusiya sərhəd-keçid məntəqəsində avtomaşınları çox gec buraxmaları ilə izah etdilər.
Xanoba sərhəd-keçid məntəqəsinin girəcəyində 300-dən artıq minik avtomobilinin Rusiyaya keçmək üçün növbə gözlədiyini müşahidə etdik. Problemlə bağlı Xanoba sərhəd-keçid məntəqəsinə şifahi olaraq bildirildi ki, növbənin əsas çox olması Gürcüstan ərazisində torpaq sürüşməsi olması ilə əlaqədardır.
Üstəlik Rusiyada yeni dərs ilinin başlaması səbəbindən, Azərbaycana istirahətə gəlmiş soydaşlarımızın geri qayıtması da son günlər sərhəd-keçid məntəqəsində növbələri intensivləşdirib.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA















