Sərhəddəki tıxacın ucu bucağı görünmür - Sürücülər sərhədi keçmək üçün gözləyir - VİDEO

Azərbaycan Rusiya sərhədində uzun tıxac yaranıb. Ölkəmizdən Rusiyaya məhsul daşıyan yüzlərlə yük maşını günlərdir ki, sərhəddə gözləyir. Apardıqları məhsul xarab olmasın deyə bütün gün kondisioneri işlək vəziyyətdə saxlayan sürücülər mövcud vəziyyətdən şikayətçidirlər. 1000-dən çox sürücünün üzləşdiyi bu problem niyə yaranıb və nə vaxt həll ediləcək?
Sərhəddəki tıxacın ucu bucağı görünmür. Günlərdir ki,yük avtomobillərinin sürücüləri sərhədi keçmək üçün gözləyir.
Azərbaycan Rusiya sərhəddinin Samur gömrük-sərhəd buraxılış məntəqəsinin önündə yük maşınlarının uzun tıxacı yaranıb. Rusiyaya ixrac olunan və yük maşınları ilə aparılan məhsullar 4-5 gündür ki, gömrükdə qalıb.
Sürücülərin sözlərinə görə əsas problem Rusiya tərəfindədir. Belə ki,Rusiya gömrüyündə köhnə sistem olduğundan keçid prosesi uzanır. Belə olan halda həm artıq yanacaq sərf olunur, həm də yük maşınlarındakı məhsullar xarab olur. Bu isə sürücülərin əlavə xərc çəkmələrinə səbəb olur.
Yaranmış problemlə əlaqədar olaraq Samur Gömrük Postunun rəis müavini Elvin Orucov Xəzər Xəbərə bildirib ki, ən çox yük maşınları İrandan gələnlərdir. Buna baxmayaraq mövsümlə əlaqədar Azərbaycanda da yük maşınlarının sayı çoxalıb. Rusiyanın Məhərrəm kənd Gömrük Postunun Yaraq Qazmalar keçid Məntəqəsi gün ərzində maşinlari çox qəbul edə bilmədiyinə görə bu problemlər üzə çıxıb.
Elvin Orucov problemin qısa zamanda həll olunacağını bildirib.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












