Sərnişindaşıma tarifləri bahalaşıb

2015-ci ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,3 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,1 faiz, digər xarici ölkələr üzrə 4,1 faiz bahalaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 11,7 faiz bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri müvafiq olaraq 1,4 faiz və 1,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.
İyun ayında boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 0,1 faiz ucuzlaşıb, neftin nəql olunma tarifi isə sabit qalıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Cavid
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












