Sərnişindən ŞİKAYƏT: "Avtobusa uşaq arabası ilə minməyə icazə yoxdur"

Sərnişin 525 nömrəli marşrut xəttində işləyən 99-LF-628 dövlət nömrə nişanlı avtobusundan şikayətçidir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, onun şikayətinə səbəb sözügedən avtobus sürücüsünün uşaq arabası ilə nəqliyyat vasitəsinə minməsinə icazə olmadığını bildirməsi olub.
"İctimai nəqliyyatda başıma çox qəribə bir hadisə gəldi. Mən uşaqlı idim. Uşağın da arabası var idi. 525 nömrəli marşrut üzrə işləyən avtobusa minmək istəyəndə sürücü uşaq arabası ilə minməyə icazə olmadığını bildirdi. Biz etiraz edəndə dispetçer də gəlib icazə olmadığını dedi. Necə olur ki, metroda, "BakuBus"da buna heç kim heç nə demir, amma digər marşrut xətlərində avtobusa uşaq arabası ilə minə bilmirik? Mən bunu deyəndə heç nə demədilər, mindim. Lakin düşəndə məndən artıq gediş haqqı istədilər ki, bəlkə çox verəsən?" - deyə sərnişin qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












