“Sərt karantin rejimi davam edəcək” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir. Qeyd edək ki, gündəlik yoluxanların sayı xeyli düşüb. Belə ki 363 nəfər koronavirusa yoluxub, 622 nəfər sağalıb. Yoluxanların sayının yenidən iki rəqəmliyə düşməsi üçün yenidən sərt karantin rejimi bir neçə həftəlik uzadıla bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, sərt karantin rejiminin bitməsinə bir neçə gün var: “Son nəticəyə baxıb, Operativ Qərargah qərar verəcək. Sərt karantinin bitməsinə 7 gün vaxt var. Son nəticələr analiz edilərək yumşalmaya gedilib-gedilməyəcəyi barəsində qərar veriləcək. Sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə məlumatlar təhlil ediləcək, son nəticədə vəziyyətə uyğun qərar veriləcək. Bu gün bir söz demək çətindir. Hər şey insanlarımızdan asılı olacaq. İnsanlarımız nə qədər məsuliyyətli olub, qoyulan qaydalara əməl edərsə, normal həyatımıza qayıtmaq da bir o qədər tez olar”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












