Sərxoş qadın sürücü Hacı İbrahimin katibəsi imiş - FOTO

Xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü gecə saat 1 radələrində Bakıda keçirilən reyd zamanı «Range Rover» markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Könül Vəliyeva saxlanılıb. Yol polisi əməkdaşları onu sərxoşların müayinə mərkəzinə aparsalar da, xanım sürücü burada müayinədən imtina edib. Buna baxmayaraq, ona inzibati protokol tərtib olunub və protokolda sərxoşluqdan imtina barədə qeydiyyat aparılıb. Qanunvericiliyə görə, sərxoş sürücü və sərxoşluq müayinəsindən imtina edən sürücünün cəzası eynidir. K.Vəliyevaya tərtib olunan protokolun nömrəsi 843343-dür.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Könül Vəliyeva DYP əməkdaşları tərəfindən saxlanılarkən telefonla harasa zəng edib, hətta, «Hacıya zəng edirəm» kimi ifadələr işlədib. Araşdırmalarımız zamanı məlum olub ki, sərxoş halda avtomobil idarə edən xanım sürücü tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin işçisidir. Bu xanım İbrahim Nehrəmlinin katibəsi də işləyib. Buna görə də, xanım sürücünün ora-bura zəngindən sonra Hacı İbrahim Nehrəmli DYP-dən bir neçə nəfərə zəng edərək onun sərbəst buraxılmasını xahiş edib. Hər kəsdə də təəccüb yaranıb ki, hacı hara, sərxoş xanım sürücü hara? DYP əməkdaşlarının inadını görən iş adamı sonda susmaq qərarına gəlib. Hətta, sərxoşların müayinə mərkəzində olarkən xanım sürücünün arxasınca idmançı cüssəli bir şəxs də gəlib. Bu, hacı İbrahimin adamı olub. Ancaq onun da cəhdləri uğursuz alınıb və sürücünün törətdiyi qayda pozuntusuna uyğun olaraq protokol yazılıb.
Maraqlıdır ki, Könül Vəliyeva və yanındakı rəfiqəsi yol polisləri tərəfindən saxlanılıb müayinə mərkəzinə aparıldıqda orada özlərini tez-tez «dövlət işçisi» kimi təqdim edirmiş.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












