Sərxoş sürücü piyadanı vurdu

Şəkidə yol qəza hadisəsi baş verib. Ans press-in məlumatına görə, sükan arxasına içkili vəziyyətdə əyləşən sürücü piyadanı vurub. Hadisə saat 18:00 radələrində Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Şamaxı sakini Qafarov Tural Həbib oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə Aşağı Göynük kəndi ərazisində Şəkinin Köndələn kənd sakini Şahmərdanov Gündüz Rafiq oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs kənd sakinlərinin köməkliyi ilə dərhal Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Avtomobil piyadanı vurduqdan sonra təxminən 8-10 metr sonra dayana bilib. Şahidlərin sözlərinə əsasən, sürücü sərxoş vəziyyətdə olub.
Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












