Maşınla sərxoş vəziyyətdə Cəbrayıla keçmək istəyən 5 nəfər saxlanıldı - FOTO

Polis əməkdaşlarına tabesizlik göstərən şəxslər məsuliyyətə cəlb ediliblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AvtosferS.az-a verilən məlumata görə, may ayının 23-ü gecə saat 12 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndi ərazisindəki polis əməkdaşlarının xidməti postuna yaxınlaşan “Mitsubishi” və “Qazel” markalı avtomaşınlar prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə saxlanılıblar. Yoxlama aparılan zaman hər iki avtomobildə olan şəxslər arasında mübahisə yaranıb.
Postun fəaliyyətini qısa müddətdə pozan 5 nəfər saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilib. Müayinə zamanı həmin şəxslərin sərxoş olduğu müəyyən edilib.
Onların hər biri barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Emin
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












