Sərxoşlar polis idarəsində süpürləşdilər

Bakıda polis sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsi saxlayıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospekti 111-in qarşısında qeydə alınıb. Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Yaməddin Nizami oğlu İsrafilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yol hərəkət qaydasını pozduğuna görə, Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Rauf Çingiz oğlu Bağırov tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı Y.İsrafilov və sərnişinləri 1991-ci il təvəllüdlü Müşfiq Mübariz oğlu Cavadov və Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Eldar Eyvaz oğlu Quliyevin sərxoş olduğu məlum olub. Saxlanılan şəxslər tabeçilik göstərmədikləri üçün Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə aparılıblar. Polis Bölməsinə aparılan şəxslər 30 dəqiqə ərzində iş rejimini pozaraq sanitar qovşağın qapısını sındırıblar.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












