Sevgilisinin istəyi ilə qız qaçırmaq niyə adam oğurluğu hesab olunur? – HÜQUQŞÜNASDAN AÇIQLAMA - FOTO

Uzun müddət bir-birini sevən iki gəncin — 24 yaşlı Fərrux və 19 yaşlı Nailənin (bütün adlar şərtidir) evlənmək arzusu ailənin narazılığı ilə üzləşərkən onlar qeyri-adi və qanunsuz bir yola əl atdılar. Nailənin anasının evliliyə icazə verməməsi və qızı başqa şəxslə evləndirmək istəyi fonunda, sevgililər birləşməyin yeganə çarəsini "qaçmaqda" gördülər. Hadisələr məhz bu yerdə hüquqi müstəviyə keçdi. Fərruxun Nailəni dostu İlkinin köməyi ilə avtomobilə mindirməsi əməli sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə adam oğurluğuna cəhd kimi qiymətləndirildi.
Məhkəmə prosesi zamanı işin mənzərəsi kökündən dəyişdi. Zərərçəkmiş kimi tanınan Nailə, əslində Fərruxdan qaçırılmasını özünün xahiş etdiyini, yəni könüllü getmək istədiyini etiraf etdi. O, sadəcə avtomobildə anasının xəstəliyini xatırlayaraq fikrini dəyişmişdi. Nailə sevgilisindən şikayətçi olmadığını bəyan edərək Fərruxun azadlığa buraxılmasını tələb etsə də, məhkəmə bu sevgi etiraflarına baxmayaraq, tərəflərin razılığı ilə başlasa da, qanunla cəzası olan bir əməlin törədilməsini əsas götürdü.
Avtosfer.az xəbər verir ki, hakim Vüqar Quliyevin hökmü ilə Fərrux 8 il, ona kömək edən dostu İlkin isə 6 il 9 ay müddətinə azadlıqdan məhrum edildi. Beləliklə, sevgililər məhkəmə zalında qovuşmaq arzusunu dilə gətirsələr də, qanun qarşısında cavab verməli oldular.
Bəs gəncin sevdiyi qızı onun özünün istəyi ilə qaçırması hüquqi cəhətdən niyə "adam oğurluğuna cəhd" kimi tövsif edilir? Zərərçəkmişin öz etirafı və şikayətinin olmaması hökmə niyə təsir etmir?

Mövzu ilə bağlı hüquqşunas Ramil Süleymanovdan Avtosfer.az-a açıqlamasında bildirib ki, adam oğurluğu cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə tənzimlənir və bu əməlin törədilməsi mütləq şəkildə cinayət məsuliyyətinə səbəb olur:
“Əgər qaçırılan şəxs yetkinlik yaşına çatıbsa, artıq bu halda yetkinlik yaşına çatmayan şəxslə bağlı müddəalar tətbiq olunmur. Qeyd etmək lazımdır ki, “qız qaçırtma” anlayışı özündə mütləq şəkildə aşağıdakı elementləri ehtiva etməlidir:
1)hədə-qorxu;
2)orakılıq;
3)aldadılma.
Əgər bu hallardan heç biri mövcud deyilsə və eyni zamanda qaçırılan şəxs könüllü şəkildə getdiyini etiraf edirsə, bu əməl cinayət tərkibi daşımır. Təəssüf ki, bəzi hallarda Ali Məhkəmə şəxsin səmimi və könüllü etirafını əsaslı hesab etməmiş, həmin şəxsi cinayətkar kimi qəbul edərək barəsində müvafiq hökm çıxarmışdır”.
Ramil Süleymanov qeyd edib ki, bu məsələdə Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun mövqeyinə diqqət yetirmək lazımdır:
“Belə ki, oğurluq, soyğunçuluq və bu qəbildən olan digər cinayətlərə dair qəbul olunmuş plenum qərarında açıq şəkildə göstərilir ki, adam oğurluğu cinayətinin tərkibi üçün mütləq zorakılıq, fiziki güc tətbiqi və ya hədə-qorxu faktorları olmalıdır. Əgər konkret işdə bu elementlər mövcud deyilsə, burada adam oğurluğu cinayətindən söhbət gedə bilməz. Sadəcə olaraq, belə hallarda cəza təyin olunmuş şəxslərin düzgün müdafiəsinin qurulmasına xüsusi diqqət yetirilməlidir”.
Fidan
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










