Azər Qasımovun qardaşı 200 mini ödəmir: Həbsi tələb edildi

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi başlayıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.
Sultan Qasımov külli miqdarda dələduzluqda ittiham olunur.
Qasımov həbsdə deyil, onun barəsində alternativ qətimkan tədbiri seçilib. İlk iclasda işə mahiyyəti üzrə baxılmır. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib. Sultan Qasımovun vəkili vəsatət qaldıraraq işin prokurora qaytarılmasını istəyib. Vəkil vəsatətini müvəkkilinin istintaq vaxtı müdafiə hüququnun pozulması ilə əsaslandırıb. Zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Ağalar Quliyev isə Sultan Qasımovun elə indi həbs edilməsini istəyib.
Vəkil deyib ki, onun müdafiə etdiyi Rusiya vətəndaşına 190 min manata yaxın ziyan dəyib, amma bir manat da geri ödənilməyib. Zərərçəkmiş tərəf məhz bu səbəbdən qətimkan tədbirinin dəyişdirilməsində israrçı olub.
Əldə etdiyimiz məlumata görə, Sultan Qasımovu bu zərərçəkmiş şəxslə qardaşı Mehman Qasımov tanış edib. Mehman Qasımov ötən ilə kimi Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini işləyib. İş üzrə zərərçəkmiş digər şəxs isə azərbaycanlıdır.
Fotoda: Mehman Qasımov

Həmin şəxs bir neçə il əvvəl Hindistanda qızıl-zinət əşyaları ilə tutulub. Sultan Qasımov ondan 5 min manat alaraq işi həll edəcəyini deyib. Firdovsi Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası qısa müşavirədən sonra vəsatətlərin heç birini təmin etməyib. S.Qasımov barəsində seçilmiş qətimkan tədbiri dəyişmədən iş məhkəmə baxışına verilib. Əsas iclas oktyabrın 13-ə təyin edilib.
Qeyd edək ki, S.Qasımov 2009-2024-cü illərdə Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq və Sankt-Peterburq şəhərlərindəki Baş konsulu işləyib. O, Prezidentin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












