Hacıqabulda yarım milyonluq təmir: Qalib şirkət kimindir?

Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul şəhərində yolların əsaslı təmiri işləri ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Oxu.Az xəbər verir ki, tenderin qalibi “Mühəndis Yol Təmir Tikinti” MMC seçilib. Yolların əsaslı təmiri işlərinin görülməsi üçün şirkətlə 505 480,72 manat dəyərində satınalma müqaviləsi bağlanacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Mühəndis Yol Təmir Tikinti” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 658 020 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əlağa Kürçaylı küçəsi, ev 7, mənzil 45-də yerləşir. Qanuni təmsilçisi Səfərov Rafiq İbrahim oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə geniş məlumat yoxdur.
“Mühəndis Yol Təmir Tikinti” MMC müxtəlif dövlət qurumlarının keçirdiyi yol tikintisi və təmiri ilə bağlı satınalmalarda iştirak edib. Şirkətin adı son illərdə bir sıra iri dövlət satınalmalarında qalib kimi də hallanıb.
Bundan başqa, media resurslarında “Mühəndis Yol Təmir Tikinti” MMC-nin Quba rayonunun keçmiş icra başçısı Ziyəddin Əliyevlə əlaqəli olduğu barədə iddialar yayılıb. Bəzi media materiallarında şirkətin faktiki olaraq sabiq icra başçısına bağlı olduğu irəli sürülüb.
Hacıqabul Rayon İcra Hakimiyyəti ötən il yolların təmirinə 460 137,37 manat xərcləyib.
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO












