Şiddətli töhmət verilən yüksək vəzifəli MƏMURLAR

Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilib. İcra başçısı işində yol verdiyi ciddi nöqsanlara görə cəzalandırılıb. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, Orxan Hüseynzadə dövlət başçısı tərəfindən şiddətli töhmət alan dördüncü məmurdur. Bundan əvvəl daha üç vəzifəli şəxs oxşar şəkildə cəzalandırılıb. 4 mart 2025-ci il tarixində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilməsi barədə Sərəncam izmalanıb. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. 2020-ci ilin aprelində Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb. Nahid Bağırova töhmət Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə elan edilib. 2024-cü ilin oktyabrında isə “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib. Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib. Şiddətli töhmət elan edilən məmurlardan heç biri vəzifədən azad edilməyib.
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












