Sinif otağına şəhidin adı verilib - Bakıda

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində ölkəmizdə məqsədyönlü işlər görülür.
Bakının Sabunçu rayonunun Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin 5A sinfinə Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşı Asəf Nəsibovun adının verilməsi də belə tədbirlərdəndir. Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, otaqda Asəf Nəsibovun həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
Qeyd edək ki, Asəf Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












