SMS icazənin ləğvindən sonra Bakı küçələri - VİDEO

Bu gün saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunub. Yəni vətəndaşlar istədikləri ünvana rahatlıqla gedib-gələ bilərlər.
“28 May” metrostansiyasının qarşısında əvvəlki günlərlə müqaisədə, daha çox insanın hərəkəti müşahidə olunur. İcazə sisteminin ləğv olunmasından məmnun olan vətəndaşlar yumşalmanın davamını səbirsizliklə gözləyirlər.
“Nazirlər Kabinetinin müvafiq qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb.
Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi “icaze.e-gov.az” portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.
Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa bu zaman “İcazələr” bölməsinə daxil olaraq "Aktivləşdir" düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır”.
Bunu “ASAN Xidmət”in sözçüsü Elnur Niftəliyev Baku TV-yə açıqlamasında qeyd edib.
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











