ŞOK! Taksinin baqajından sürücünün meyiti tapıldı - ŞAMAXIDA

Bakı-Şamaxı-Yevlax yolunun kənarında tapılan maşında sürücüsünün meyiti aşkarlanıb. Avtosfer.az-ın APA-ya istinadən verdiy xəbərə görə, hadisə bu gün səhər saatlarında Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Taksi kimi fəaliyyət göstərən 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması barədə məlumat əsasında hadisə yerinə gələn yol polisi əməkdaşları maşının yanında sürücünü tapmayıblar. Daha sonra sürücünün meyiti avtomobilinin yük yerində aşkarlanıb. Müəyyən olunub ki, qətlə yetirilən sürücü Füzuli rayonundan olan və Bakının Maştağa qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğludur.
Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsində müayinə olunub. C.Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Ehtimal olunur ki, C.Qurbanov başqa yerdə öldürülüb, meyiti öz maşınının yük yerinə qoyularaq, Muğanlıya gətirilib və maşın dərəyə aşırılıb. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










